Putin Ərdoğanla Qazaxın 7 kəndini və Zəngəzur dəhlizini də MÜZAKİRƏ EDİB
Rusiya KİV-i xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Putinin məsələ ilə bağlı mövqeyini Ərdoğana açıqladığını söyləyib:
“Təbii ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə də söz düşüb. Rusiya tərəfi sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturlarının inkişafı üçün kompromis qərarların tapılmasının vacibliyini vurğulayıb”.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası proseduru Qazaxın işğal altındakı 7, Naxçıvanın isə 1 kəndinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Nəqliyyat infrastrukturunun inkişafı isə üçtərəfli razılaşmada qeyd olunduğu kimi Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir.