Kreml Saakaşvilinin Gürcüstana qayıtmasına münasibət bildirib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin ölkəsinə qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bu barədə TASS xəbər verir.
“Bu, Kreml üçün maraqlı mövzu deyil. Amma o, harada olursa, orada “sirk” var”, - D.Peskov deyib.
Bu barədə TASS xəbər verir.
“Bu, Kreml üçün maraqlı mövzu deyil. Amma o, harada olursa, orada “sirk” var”, - D.Peskov deyib.
Xatırladaq ki, M.Saakaşvili səkkiz ildən sonra Gürcüstana qayıdıb. O, daha sonra Gürcüstanda olduğunu təsdiq edən video paylaşıb və oktyabrın 3-də tərəfdaşları ilə birgə Tbilisiyə yollanmaq niyyətində olduğunu bildirib.
Ölkənin Daxili İşlər Nazirliyi isə Saakaşvilinin Gürcüstan sərhədini keçmədiyi barədə məlumat yayıb.
Oxunub: 385
Xəbəri paylaş
Paylaş: