Rəsmi Tbilisi Saakaşvilini dövlət çevrilişinə cəhddə İTTİHAM ETDİ
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobahidze Mixail Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edib.
Gürcüstan KİV-i xəbər verir ki, o, eks-prezidentin bu cəhdlərinin baş tutmadığını əlavə edib.“O, Gürcüstana dövlət çevrilişinə cəhd hədələrini reallaşdırmaq və iğtişaşlar törətmək üçün gəlib. Hüquq-mühafizə orqanları yeni cinayətin qarşısını almaq üçün bütün müvafiq addımları atıb”-deyə Kobahidze açıqlama verib.
Xatırladaq ki, Mixail Saakaşvili ötən gecə saxlanılıb. O, hazırda Rustavi həbsxanasında saxlanılır.
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: