"Rus ayısı"na qarşı 637 milyon dollarlıq sərhəd hasarı tikiləcək - ƏSRİN İNŞASI

Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Kiyevdə yenidən Rusiya ilə sərhəddə divar çəkmə gündəmə gəlib.
İdarənin internet saytındakı məlumatlardan məlum olur ki, bu gün Daxili İşlər naziri Denis Monastırski Rusiya ilə sərhədin Luqansk bölgəsindəki bir hissəsinə baxış keçirib və tikilən qurğuları nəzərdən keçirib.
Kompleksə tank əleyhinə xəndək, nəzarət zolağı və tikanlı məftilli bir hasar daxildir. Eyni zamanda Rusiyanın hərbi müdaxiləsi və ya rus təxribatçılarının girişi barədə dərhal xəbər verəcək intellektual bir video nəzarət sistemindən bəhs edilir. Rusiya ilə sərhəddə böyük tikintiyə gələn il başlanılması planlaşdırılır.
Əsrin inşası üçün 637 milyon dollar və ya 17 milyard Ukrayna qrivnası tələb olunacaq.
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: