Azərbaycan və Ermənistan XİN başçıları GÖRÜŞƏCƏK
Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşəcək.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı Ararat Mirzoyan açıqlama verib.
O, görüşün ATƏT-in Minsk Qrupu çərçivəsində baş tutacağını açıqlayıb.
“Qarşıdakı görüşdə əsas mövzu humanitar məsələlərin həlli olacaq. Həmin məsələlərin müsbət həlli ən vacib mövzuların müzakirəsi üçün müsbət atmosfer yaradacaq”-,deyə Mirzoyan açıqlama verib.
Xatırladaq ki, Ararat Mirzoyanla Ceyhun Bayramov ilk dəfə sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı görüşüblər.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: