BMT Türkiyənin Paris Sazişini təsdiq etməsini alqışlayıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyə parlamentinin Paris İqlim Sazişini təsdiqləməsini alqışlayır.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
"Bütün ölkələrin anlaşmanın məqsədlərinə çatması üçün səylərini artırmağa davam etmələri çox vacibdir", - Dujarrik agentliyə müsahibəsində deyib.
O xatırladıb ki, BMT baş katibi Antonio Quterreş G20 ölkələrinin bu məsələdə irəliləməli olduqlarını açıq şəkildə ifadə edib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi Paris İqlim Sazişinin ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: