Dövlət Vergi Xidmətinin 6 əməkdaşı HƏBS EDİLDİ
Globall.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 229 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 151 cinayət işinin icraatına xitam verilib, 87 nəfər barəsində ittiham elan edilməklə 78 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
9 ay ərzində ümumilikdə 30,7 milyon manat ziyanın ödətdirilməsi təmin olunub. Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 12 nəfər şəxs tutularaq istintaqa təhvil verilib, ibtidai istintaqdan yayınan 614 nəfər dindirilməsi üçün məcburi gətirilib, 497 nəfərin tapılaraq istintaqa gəlməsinin təmin olunması və yerinin müəyyən edilməsi barədə məlumat verilib.
Hesabat dövründə müxttəlif fəaliyyət sahələri üzrə ayrı-ayrı vergi ödəyicilərində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, əmək müqaviləsi olmadan işçi cəlb edilməsi və s. ilə bağlı ümumilikdə 464 nəzarət tədbiri həyata keçirilib.
Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 22,3 milyon manat vəsait ödətdirilib.