Rusiyada virusdan 645 mindən çox insan ölüb - Gündə 1000 nəfərə yaxın insan dünyasını dəyişir
Rusiyada COVİD-19-dan ölüm halları yenidən yüksəlib. "AzPolitika.info" Rusiya mətbuatına istinadən xəbər verir ki, xəstəliklə mübarizə üzrə operativ qərargah sutka ərzində virusa yoluxmuş 936 nəfərin vəfat etdiyini bildirib.
Koronavirusla bağlı yüksək ölüm halları oktyabrın 1-dən müşahidə olunmaqdadır. Rəsmi məlumata görə, pandemiya başlayandan indiyə qədər ölkədə 214 min 485 nəfər vəfat edib. Müstəqil demokraflar isə bildirilər ki, Rusiyada rəsmi qurumlar COVİD-19-dan ölüm hallarını ən azı 3 dəfə az göstərirlər.
Həmin qrupun iddiasına görə, ilhaq edilmiş Krım da daxil olmaqla indiyə qədər Rusiyada koronavirusdan ölənlərin sayı 645 minə yaxındır.
Müqayisədə bu say Rusiyanın İjevski, Barnaul və ya Ulyanovski kimi iri şəhərlərinin əhalisinə bərabərdir.
Oxunub: 125
Xəbəri paylaş
Paylaş:





















