Tatarıstanda təyyarə qəzaya uğrayıb -
19 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Tatarıstanda aerokluba məxsus təyyarənin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tatarıstanın Menzelinsk rayonunda baş verib. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Təyyarədəkilər paraşütçülər olub.
Yerli vaxtla saat 09.11-də qəzaya uğrayan “L-410” tipli təyyarənin göyərtəsində 20 nəfər olub.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: