Rusiyada kütləvi zəhərlənməyə görə azərbaycanlılar həbs edildi -
VİDEO
Xəbər verdiyimiz kimi Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən xeyli sayda insan zəhərlənərək dünyasını dəyişib.
Globall.az Rusiya mətbuatına istinadla xəbər verir ki, saxta içki satışı ilə bağlı 9 nəfər şübhəli şəxs saxlanılıb. Məlumatda saxlanılanlardan 3-ünün azərbaycanlı olduğu qeyd olunur. 1992-ci il təvəllüdlü Babazadə Şirvan Səxavət oğlu, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, saxta spirtli içki səbəbindən zəhərlənən 54 nəfər hazırda xəstəxanadadır.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: