Gürcüstandan “3+3” formatı haqda daha bir açıqlama: "İşğalçı ölkə ilə əməkdaşlıq edə bilməyəcəyik"

“Son dövrlərdə, bölgədə gedən proseslərlə bağlı, xüsusən də Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi məsələsində Gürcüstanın fəallığına şahid oluruq”.
Gürcüstanın “Birinci kanalı” xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili bildirib. Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sabitliyin və davamlı sülhün təmin edilməsi üçün mümkün olan hər şeyi etməkdə istəklidir.
Bununla yanaşı siyasətçi, Gürcüstanın “3+3” formatında iştirak edə bilməyəcəyini qeyd edib. Səbəb isə Rusiyanın bu formata qoşulmasıdır: “3 + 3” formatına gəlincə, biz dəfələrlə mövqeyimizi səsləndirmişik.
Gürcüstan işğalçı ölkənin iştirak etdiyi formatlarda əməkdaşlıq edə bilməyəcək. Lakin, bölgəmizdə sülhün və sabitliyin təmin edilməsi hədəfini daşıyan digər layihələrdə və digər təşəbbüslərdə, qatqı təmin edə biləcəyimiz sahələrə yönəlik seçici bir münasibət göstərəcəyik. Lakin Gürcüstan, ölkəmizin ərazi bütövlüyünə toxunacaq mövcud formatlar istisna olmaqla, Rusiya ilə birlikdə olmayacaq. Başqa formatlarda iştirak edə bilməyəcəyik”- deyə Maka Boçorişvili əlavə edib.
Xatırladaq ki, Gürcüstanın 2 bölgəsi – Abxaziya və Cənubi Osetiya, Rusiyanın dəstəyi ilə ötən əsrin 90-cı illərində separatçılar vasitəsilə Gürcüstandan ayrılaraq, dırnaqarası müstəqilliklərini elan ediblər. Azərbaycan bu iki bölgəni Gürcüstanın suveren əraziləri olaraq görür.
Oxunub: 216
Xəbəri paylaş
Paylaş: