Saakaşvilinin tərəfdarları ondan aclıq aksiyasını dayandırmağı xahiş ediblər
Bu barədə Report xarici mətbuata istinadən xəbər verir.
Telekanalın baş direktoru, Saakaşvilinin vəkili Nika Qvaramiya bildirib ki, əgər yaxın saatlarda ona tibbi yardımı göstərilməsə, aclıq Saakaşvilinin ölümünə gətirib çıxara bilər.
O, bu gün həbsxanada Mixeil Saakaşvili ilə görüşəcəyini deyib. Vəkil bildirib ki, sabiq dövlət başçısının həyatını xilas etmək üçün mümkün olan hər şey ediləcək. “O, bizə canlı lazımdır, bizə onun haqqında xatirə lazım deyil", - Qvaramiya vurğulayıb.
Vahid Milli Hərəkat Partiyasının sədri Nikanor Meliya da bildirib ki, Saakaşvili aclığı dayandırmalıdır.