ABŞ müdafiə naziri gələn həftə Gürcüstana səfər edəcək
ABŞ-ın müdafiə naziri Lloyd Austin gələn həftə Ukrayna, Gürcüstan və Rumıniyaya səfər edəcək.
Report xəbər verir ki, bu barədə Müdafiə Departamentinin mətbuat katibi Con Kirbi məlumat verib.
O bildirib ki, Pentaqon rəhbəri daha sonra NATO müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə yollanacaq.
Səfərin dəqiq tarixi hələ açıqlanmır.
Qeyd edək ki, NATO müdafiə nazirlərinin Brüssel toplantısı 21-22 oktyabr tarixinə planlaşdırılıb.
Oxunub: 354
Xəbəri paylaş
Paylaş: