Əfqan nümayəndə heyəti Türkiyəyə getdi

"Taliban" müvəqqəti hökumətinin nümayəndə heyəti Türkiyə rəsmiləri ilə danışıqlar aparmaq üçün Ankaraya yola düşüb.
Globall.az xəbər veri ki, bu barədə Əfqanıstan XİN-in sözçüsü Əbdülqəhhar Bəlxi məlumat yayıb.
O, öz "Twitter" hesabından xarici işlər naziri Əmirxan Mottəkinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dəvəti ilə yeddi nəfərlik bir heyətlə Ankaraya getdiyini bildirib.
Bəlxi onu da əlavə edib ki, tərəflərin ikitərəfli münasibətlərin yaxşılaşdırılması, ticarət, humanitar yardım və miqrasiya məsələlərini müzakirə edəcəyi gözlənilir.
Əbdülqəhhar Bəlxi də heyətin üzvləri arasındadır.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: