Belarusa yola düşəcək Rusiya nümayəndə heyətinin tərkibi açıqlanıb
Belarusa yola düşəcək Rusiyanın baş naziri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti tərkibi açıqlanıb.
Məlumatı “RİA Novosti” yayıb.Bildirilib ki, Mixail Mişustini müavinləri Dmitri Çernışeko və Aleksey Overçuk, Rusiyanın energetika naziri Aleksandr Novak, səhiyyə naziri Mixail Muraşko, sənaye ticarət naziri Denis Manturov, idman naziri Mixail Matısın, mədəniyyət naziri Olqa Lyubimova, hökumət aparatı rəhbərinin müavini Elmir Tahirov müşayiət edir.
Məlumata görə, Rusiyanın rəsmi nümayəndə heyəti Belarusdakı vəziyyəti rəsmi Minsklə müzakirə edəcək. Səfər sentyabrın 3-də reallaşacaq.
Oxunub: 494
Xəbəri paylaş
Paylaş: