Parisdə “sarı jiletli”lərin növbəti aksiyası keçirilir
"RİA Novosti” xəbər verir ki, Montparnas vağzalı yaxınlığında toplaşan izdiham polis və jandarmanın müşayiəti ilə yürüşə başlayıb.
Son məlumata görə, Fransada koronavirusa yoluxanların sayı 3 661, ölənlərin sayı 79 nəfərdir.
Ötən gün hərəkat fəalları hökumətin 100 nəfərdən çox yığıncaqları qadağasına fikir verməyib etirazlara davam etmək çağırışı yaymışdı.
Xatırladaq ki, “sarı jiletli”lər 2018-ci il noyabrın 17-dən etibarən hər şənbə günü sosial tələblərlə ölkə boyu etiraz aksiyaları keçirir. Bu aksiyalar zamanı vaxtaşırı olaraq polislə toqquşmalar baş verir.