Gürcüstanda həbsxanada yanğın olub - ölənlər var
Gürcüstanın Rustavi şəhərində 17 saylı cəzaçəkmə müəssisəsində yanğın olub.
Report-un yerli bürosu xəbər verir ki, hadisə zamanı iki məhbus ölüb. Qeyd edək ki, həbsxanada yanğın ötən gün günorta saatlarında baş verib. Mətbəx ərazisində qeydə alınan yanğının söndürülməsində 6 yanğınsöndürən maşın iştirak edib.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: