Rusiya və Türkiyə İdlibdə birgə patrul xidməti barədə razılığa gəldilər
Türkiyə hərbçiləri ilə danışıqlar konstruktiv keçib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, danışıqların nəticələri İdlib böhranına dair Rusiya və Türkiyə prezidentləri arasında martın 5-də Moskvada əldə edilmiş bütün razılaşmaları reallaşdırmağa imkan verir. Məlumata əsasən, Rusiya və Türkiyə martın 15-də M4 yolunda ilk birgə patrul xidməti həyata keçirəcəklər.
Xatırladaq ki, Türkiyə və Rusiya hərbçiləri Ankarada danışıqlar aparıb və İdlib bölgəsində vəziyyətin nizama salınmasına dair saziş imzalayıblar.
Oxunub: 605
Xəbəri paylaş
Paylaş: