Əfqanıstanda daha bir məsciddə terror aktı:
Ölən və yaralananların sayı artıb
Əfqanıstanın Qəndəhar şəhərindəki “Bibi-Fatimə” şiə məscidində baş verən partlayışda ölənlələrin sayı artıb.
Məlumata görə, intiharçı terrorçunun özünü partladması nəticəsində həlak olanların sayı 62, yaralıların sayı isə 70 nəfərə çatıb.
Xatırladaq ki, ötən cümə günü də Qunduz vilayətində şiələrin toplaşdığı “Seyid-Abad” məscidində partlayış törədilmişdi.
Həmin terrorda məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü./TASS
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: