Ərdoğanla Angela Merkel arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, liderlər İstanbulun Huber malikanəsində bir araya gəliblər.
Görüşdə ikitərəfli əlaqələrin hazırki vəziyyəti, regional məsələlər, həmçinin miqrasiya va qaçqınlar problemi müzakirə olunub.
Prezident və kansler malikanənin eyvanından İstanbul boğazını izləyiblər. R.T.Ərdoğan A.Merkelə boğaz haqqında məlumat verib. Onlar həmçinin sahildəki vətəndaşları, o cümlədən jurnalistləri salamlayıblar.
Liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: