Gürcüstanda koronavirus: sutka ərzində 4 581 nəfər yoluxub, 28 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 581 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 662 334, ölənlərin sayı isə 9 468 nəfərə çatıb. Virusa yoluxanlardan 612 481 nəfərin sağaldığı bildirilir.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: