Pentaqon rəhbəri Tbilisidə:
“Gürcüstanın müdafiə potensialını gücləndirəcəyik...”
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Gürcüstana rəsmi səfəri başlayıb.
Pentaqon rəhbəri bu gün səhər saatlarında Tbilisidən tvit paylaşıb, Gürcüstana səfərinin başladığını bildirib.
“Gürcüstana gəldik. Birləşmiş Ştatlar Gürcüstanın müdafiə potensialının möhkəmləndirilməsi və onun Avroatlantika məkanına inteqrasiyasının irəliləməsi üçün kömək göstərməyə sadiqdir”,-Lloyd Ostin qeyd edib.
Müdafiə nazirinin gürcü həmkarı Cuanşer Burçuladze və baş nazir İrakli Qaribaşvili ilə danışıqları nəzərdə tutulub. Gürcüstandan sonra Lloyd Ostin Ukraynaya səfər edəcək.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş: