Putin 3-cü uşağa görə 1 milyon rubl (24 min manat) verilməsini təklif edib
Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinə üçüncü uşaq və sonrakı uşaqların doğulması zamanı Uzaq Şərq sakinlərinə 1 milyon rubl (24 min manat) ödənilməsini təklif edib.
Bu barədə Rusiya mətbuatı xəbər verir.
Bildirilir ki, bu məsələ ilə bağlı hesabat noyabrın 1-dək hazırlanmalıdır.
Qeyd edək ki, Putin daha əvvəl Uzaq Şərqdə əhalinin artmasını tarixi bir vəzifə adlandırmışdı.
Oxunub: 346
Xəbəri paylaş
Paylaş: