Putindən gözlənilməz açıqlama: Bəzi səlahiyyətlərindən imtina edir

Bu barədə "Rossiya 24" telekanalı xəbər yayıb.
Putin, həmçinin, parlamentin hökumət başçısının təklifi ilə bütün baş nazir müavinlərini və federal nazirləri təsdiqləməsini təklif edib.
Rusiya prezidentinin sözlərinə görə, bununla hökumətin tərkibini təsdiqləyən RF prezidenti parlamentlə razılaşdırılmış namizədləri təsdiqləməli olacaq. Putin vurğulayıb ki, prezidentin bu namizədləri rədd etmək hüququ olmayacaq.
Bununla yanaşı Putin bəyan edib ki, prezidentin etimadını itirən və ya vəzifələrini lazımınca yerinə yetirməyən baş nazir, müavinləri və digər nazirləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.
Rusiya prezidenti əlavə edib ki, prezident silahlı qüvvələrə və güc strukturlarına rəhbərlik etmək hüququnu özündə saxlamalıdır.
Oxunub: 413
Xəbəri paylaş
Paylaş: