Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
  • “İran Azərbaycana qarşı hərəkət etsə, Pakistan ordusu Tehranda olacaq”
  • “Əslində Ermənistan İran üçün əhəmiyyətli deyil” - Politoloq
  • "Tehran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər cür səy göstərir"- İran səfiri
  • “Ölkəmizdə Azərbaycanı sevən milyonlarla insan var”- İran vətəndaşları
  • “Sanki torpaqlarımızı Ermənistanın yox, İranın işğalından azad etmişik”- Pənah Hüseyn

    • Tarix: 19-10-2021, 21:00



    Pənah Hüseyn: “Son hadisələr İranın Azərbaycana istənilən təhlükəni yarada biləcəyi haqda iddiaların boş olduğunu üzə çıxardı”

    “İran haqsızdır, qonşuluq prinsiplərinə, islam həmrəyliyinə zidd davranır”

    II Qarabağ savaşı Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişərək yeni status-kvo yaratsa da, İranın bununla hesablaşmaq istəmədiyi üzə çıxır. Tehran-Bakı xəttində müşahidə olunan əsas gərginliyin də məhz bundan qaynaqlandığı ehtimal olunur.
    "Azpolitika" bu mövzunu ölkənin sabiq baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müzakirə edib:

    - Pənah bəy, son dövrlər İran-Azərbaycan münasibətlərində yaranan gərginlik davam etməkdədir. Rəsmi Tehran son 30 ildə Azərbaycana qarşı özünü indiki qədər aqressiv aparmayıb. 
    Sizcə, İran hakimiyyət orqanlarının məhz 44 günlük Vətən Müharibəsi bitəndən bir müddət sonra nümayiş etdirdiyi bu davranışın əsas səbəbi nədir?

    - Hesab edirəm ki, İran-Azərbaycan münasibətlərinin tarixində Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunandan bu yana ən gərgin dövrü yaşayırıq.
    Doğrudur, İran Təhlükəsizlik Şurasının katibinin açıqlamalarından sonra əks-açıqlama hələlik yoxdur. Amma açıq-aydın istər İran rəsmilərinin və buna cavab olaraq Azərbaycan Prezidentinin MDB Dövlət Başçılarının iclasında İranın adını çəkməklə işlətdiyi fikirlər göstərir ki, gərginlik mövcuddur.
    Əlbəttə, məsələyə bitərəf yanaşdıqda belə, görünür ki, bütün bunlar İranın Azərbaycana qarşı dost olmayan və hətta düşmənçilik münasibətinin təzahürüdür.

    II Qarabağ müharibəsindən sonra yaranan status-kvoya görə Tehranın narazılığı açıq-aydın görünür. Bu reallığı qəbul etmədiklərini də son zamanlar dilə gətirir və hərəkətlərində nümayiş etdirirlər. Sözsüz ki, İran Azərbaycanla Ermənistan arasında komunikasiyaların açılmasına, ələlxüsus Zəngəzur dəhlizinə görə narazılıq edir.
    Elə şərait yaranıb ki, biz sanki öz torpaqlarımızı Ermənistanın deyil, İranın işğalından azad etmişik. Bununla yanaşı, güman edirəm ki, bu gərginliyin toqquşma fazasına keçmə ehtimalı azdır.
    Nəzərə alsaq ki, Azərbaycan və Ermənistan arasında yeni saziş gözlənilir və bu saziş iki ölkə arasında münasibətləri tənzimləyəcək, bu halda İranın yaranmış reallıqla barışması və onu qəbul etməsi labud olacaq.
    Əks təqdirdə İranın qlobal izolyasiyasına onun regional izolyasiyası da əlavə olunar.
    Vətəndaş olaraq mən öz dövlətimizin maraq və mənafelərini sözsüz ki, üstün tuturam. Amma bu təəssübkeşliyi bir kənara qoysaq belə, İran bu məsələdə haqsızdır, beynəlxalq hüquqa zidd hərəkət edib, qonşuluq prinsiplərinə zidd davranıb, islam həmrəyliyi məsələsində uyğunsuz yanaşma ortaya qoyub.
    Odur ki, İran bu mövqeyini dəyişməli, hətta düşünürəm ki, münasibətlərin pisləşməsində məsuliyyəti olan rəsmilərini istefaya göndərməlidir.

    - Bəs, İranın narahatlığı nə ilə əlaqəlidir?

    - Qeyd edim ki, hələ1918-ci ildə Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra İranın müəyyən narahatlığı yaranıb. Bilirsiniz ki, Azərbaycan dövlətinin yaranması o tayda da dövlət qurmaq meyllərini gücləndirə bilərdi. Bu da Tehranın fikrincə, İranın bütövlüyünə təhlükə yarada bilər. Odur ki, həmin dövrdən bu yana İran siyasətində narahatlıqlar özünü büruzə verir.

    Digər tərəfdən, hətta o dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İran Azərbaycanı ilhaq etmək istəyini gizlətməyib. Başqa sözlə, Azərbaycan dövlətinin varlığı təhdid ola bilər düşüncəsindən irəli gələrək, İran siyasətində bu amil daim öz əksini tapıb.

    Digər nüanslar da var. Konkret olaraq indiki vəziyyətdə Tehran Qərb-Şərq komunikasiya dəhlizinin - istər enerji, istərsə də lojistik xətlər olaraq, İranın xaricindən keçməsindən narahatdır. Çünki İranın geopolitik əhəmiyyəti əvəzinə Azərbaycanın önə çıxması məsələsi irəli sürülür. İranın Zəngəzur dəhlizinə qarşı çıxış etməsinin bir səbəbi də bu amillə əlaqədardır.

    Bəllidir ki, indi Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqələri İranın quru sərhədi vasitəsilə həyata keçirilir. Və əslində, əgər İran yaranan durumu konpensasiya etmək istəyirsə bunu qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı əlaqələri gücləndirmək, iştirakçı olmaqla edə bilər.

    Zaman dəyişib və açığı, İranın təhdid və ya hansısa güc nümayiş etdirməklə bu prosesin qarşısını almaq imkanı yoxdur.
    Əksinə, bu, onun öz maraqlarına da zidd ola bilər. İranın hərəkətləri strateji baxımdan yanlış addımlardır. Odur ki, İran bu istiqamətdə öz siyasəti və yanaşmalarını dəyişməlidir.

    - İranda düşünürlər ki, Zəngəzur dəhlizi açılacaqsa, bu zaman İran-Ermənistan sərhədləri tamamilə itəcək və beləcə, İran Avropaya çıxışda Azərbaycan və Türkiyədən tam asılı vəziyyətə düşəcək. Doğurdanmı Zəngəzur dəhlizi fəaliyyətə başlasa İran-Ermənistan sərhədi itəcək?

    - Əvvəla, qeyd edim ki, indi Ermənistan-İran sərhədlərini Rusiya mühafizə edir. İkincisi, mənə elə gəlir ki, İranda bu mövzuda bilərəkdən savadsız danışırlar. Onlar dövlət sərhədlərinin dəyişdirilməsi deyəndə guya Zəngəzur dəhlizinə əsaslanırlar. Ancaq aydındır ki, Azərbaycanda belə fikirlər yoxdur.
    Azərbaycan rəhbərliyi bəyan edib ki, hər hansı bir dövlətin sərhədlərini dəyişmək xətti yürütmür, əksinə, Ermənistana şərtimiz odur ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü və sərhədlərini tanısınlar. Üçtərəfli sazişdə də Zəngəzur dəhlizinin Rusiya Sərhəd Qoşunları tərəfindən təhlükəsizliyinin qorunması məsələsi var.
    Dəhliz ifadəsi də bu mənada işlənir. Yəni məsələ ayrıca dövlətin və ya dövlətlər qrupunun orada səlahiyyət əldə etməsidir. Bir növ Laçın dəhlizi kimi. Yəni dəhliz bizim ərazimiz olsa da, ona nəzarət Rusiyanın əlindədir. İranda isə bunu şişirdilmiş şəkildə təqdim edirlər.

    Məncə, İran daha çox geopolitik baxımdan kommunikasiya xətlərinin onların monopoliyasından kənarda qalmasından, Azərbaycandan, Türkiyədən və başqa ölkələrdən keçməsindən narahatdır. Yeri gəlmişkən, gəzən söz-söhbətlərə görə, bu xətlərə böyük investisiyalar qoyula bilər. Məsələn, Çin tərəfindən 50 milyardlıq layihə hazırlandığı haqda fikirlər var.

    Əlbəttə, hər bir dövlət öz maraqlarını qorumaqda sərbəstdir. Lakin yuxarıda qeyd etdiyim kimi, ümumi siyasi konyuktur və dünyadakı geopolitik şərtlərdə İran yanlış və vaxtı keçmiş təhlillərin nəticəsi olaraq irəli çıxır ki, bunun da perspektivi yoxdur.

    - Amma Azərbaycana qarşı həm də İsrail amilini ortaya atırlar...

    - Əlbəttə, bu daha çox bəhanə xarakteri daşıyır və İranın Azərbaycana münasibətinin təqdimatıdır. Xüsusilə, öz daxili auditoriyalarına Azərbaycana qarşı düşmənçilik hərəkətlərini izah etməlidirlər.
    Bunu da İsrail rənginə boyayırlar. Bununla həm öz cəmiyyətlərində, həm də Azərbaycanda olan İran təəssübkeşləri arasında hərəkətlərinə haqq qazandırmış kimi olurlar.

    Amma biz hadisələrə reallıq prizmasından baxanda aydın olur ki, İsrail İranın adamlarını və obyektlərini elə bu ölkənin daxilində təhdid edir. Başqa sözlə, İsrailin belə hünəri və imkanı var.
    O halda İranın birbaşa cavab verməsi üçün meydan da var. Bunun üçün Azərbaycana heç bir ehtiyac qalmır. Odur ki, bu bəhanələr daha çox sadəlöhv və savadsız adamlar üçün nəzərdə tutulan təbliğat şüarlarıdır.

    - Müharibədən sonra ortaya çıxan daha bir maraqlı məlumat odur ki, Zəngilan istiqamətində ordumuz irəliləyən zaman ərazimizdə qarşılarına İran əsgərləri çıxıb və beləcə, Zəngilan əməliyyatının gecikdirilməsinə şərait yaradılıb. 
    Sizcə, bunun özü İran tərəfinin gerçək mahiyyətini üzə çıxaran biabırçı hadisə deyilmi?

    - Bu barədə məlumat vardı. Əslində, bu haqda Azərbaycan, eləcə də İran tərəfi rəsmi məlumat verməlidir. Xudafərin su anbarı su ilə doldurulduqdan sonra orada İran postlarının olması məlum idi.
    Çünki o vaxt su anbarının biz tərəfdəki hissəsi separatçıların nəzarətində idi. Bu səbəbdən o zaman izahat belə idi ki, su anbarının mühafizəsini İran öz üzərinə götürməklə bir növ onu separatçılardan mühafizə edir.
    Amma müharibənin gedişində həmin İran postlarından istifadə edilməsi, bizim əsgərlərimizin Zəngilan istiqamətindən geri çəkilərək başqa döyüş istiqaməti seçməsinə səbəb olan addımlar sözsüz ki, Azərbaycan dövlətinə qarşı düşmən hərəkətidir.

    - Sizcə, bundan sonra da Tehran Qarabağdakı separatçılara hər cür dəstək verəcəkmi?

    - Belə görünür ki, bu istiqamətdə təxribatçı hərəkətlər davam etməkdədir. Ermənistanla Azərbaycan arasında çoxdan nəzərdə tutulan sülh müqaviləsinin hazırlanması haqda fikirlər var.
    Məncə, əgər bu iş reallaşacaqsa, o zaman İranın kənardan müdaxilə imkanı qalmayacaq. Əlbəttə, İran öz mövqeyində kordinal dəyişikliklər etməli, Azərbaycanın müstəqil, suveren siyasətini və regional münasibətlərdə əsas oyunçulardan biri olmasını qəbul etməli, bununla hesablaşmalıdır.

    Eyni zamanda, İrandakı Azərbaycan türklərinə qarşı münasibət məsələsi var. Hüquqi baxımdan bu, İranın daxili işi sayılsa da, orada yaşayanlar bizim soydaşlarımızdır.

    Həmçinin, Azərbaycan-Türkiyə münasibətlərinə baxışlarında dəyişiklik edilməlidir. İsrail məsələsində də İran öz siyasətinə əvvəl-axr dəyişiklik etməli olacaq. Çünki beynəlxalq siyasətdə İsrail məsələsini bu qədər ideologiyalaşdırmaq İranın özünün də maraqlarına ziddir. Prinsip etibarı ilə İran öz daxilində və xarici münasibətlərində ciddi islahatlara getməlidir. Məncə, bu vəziyyətdən çıxış yolu daha çox İranın özündən asılıdır.

    - Bir sıra mütəxəssislər İranın Azərbaycanda uzun illər “işlədiyini”, “beşinci kolon” yaratdığını və bunun ölkəmiz üçün real təhlükə olduğunu iddia edirlər. Sizcə, bu iddialar nə dərəcədə reallığa uyğundur?

    - Son hadisələr göstərdi ki, bu hesablar yanlışdır. Bilirsiniz ki, İranın Ali dini liderinin nümayəndəsi kimi tanınan Ocaq Nejatın çıxıb getməsi və onun ofisinin bağlanması zamanı hər hansı bir müqavimət baş vermədi.
    Əlbəttə, Azərbaycan cəmiyyəti fərqlidir. Amma göründüyü kimi, hər halda həlledici məqamda dövlətçilik şüuru hər şeydən üstün oldu. Aydın məsələdir ki, bu istiqamətdə ehtiyatlı olmaq lazımdır, zaman-zaman hansısa təxribatların olması istisna deyil. Xüsusi represiv tədbirlərə ehtiyac olmasa da, belə adamlar nəzarətdə saxlanmalıdır.
    Azərbaycan bir çox maraqların toqquşduğu nöqtədə yerləşir. Burada Rusiyanın, Qərbin, İranın da “beinci kolon”u var. Belə rəy formalaşmışdı ki, İran Azərbaycana qarşı istənilən təhlükəni yarada bilər, amma hesab edirəm ki, son hadisələr bunun boş iddialar olduğunu aşkara çıxardı.

    Rasim Əliyev

    Oxunub: 553
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.