48 mindən çox vergi borcu olan şirkət 111 minlik tenderi uddu -
Qanunun 6.2.5-ci maddəsinə görə...
“Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Cənub-2000” MMC olub.
Təmir işlərinə görə müəssisə MMC-yə 111 min 94 manat 2 qəpik ödəyəcək.111 min 94 manat 2 qəpik dəyərində tenderin qalibi olan şirkətin nizamnamə kapitalı 10 manatdır. “Cənub-2000” MMC-nin qanuni təmsilçisi Mirzəyev Qadir Nüsrət oğludur. Şirkətin hüquqi ünvanı Masallı rayonu, Şıxlar kəndində yerləşir.Məlumat üçün qeyd edək ki, 05.07.2010 tarixində dövlət qeydiyyatına alınan şirkətin 48 min 250 manat 1 qəpik vergi borcu var.Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Oxunub: 274
Xəbəri paylaş
Paylaş: