"Taliban"ın nümayəndə heyəti Moskvadadır - Məsləhətləşmələr olacaq

"Taliban"ın nümayəndə heyəti Əfqanıstanla bağlı keçiriləcək Moskva formatında iştirak etmək üçün Moskvaya gəlib.
TASS xəbər verir ki, heyətə Əfqanıstanın müvəqqəti hökumətinin sədrinin müavini Mövləvi Əbdül Salam Hənəfi başçılıq edir.
Moskvaya gələn heyət arasında Əfqanıstanın xarici işlər naziri Əhmədullah Müttəki də daxil olmaqla bir neçə nazir var.
Bildirilir ki, "Taliban" hərəkatının nümayəndə heyəti Əfqanıstanla bağlı Moskva formatında məsləhətləşmələrin keçiriləcəyi prezident otelində yerləşib.
Nümayəndə heyəti jurnalistlərin suallarını cavablandırmayıb.

Oxunub: 177
Xəbəri paylaş
Paylaş: