Cənubi Koreyada koronavirusa 8 mindən çox insan yoluxub
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz bildirib.
Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 162 nəfərə qədər artıb, ölənlərin sayı isə 75 nəfərə çatıb.
Son məlumata görə, virusa yeni yoluxma hallarından 42-si Tequ şəhərində aşkarlanıb.
Qeyd edilir ki, 834 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Məlumata görə, hazırda daha 16 272 nəfərin analizi aparılır.
Xatırladaq ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.
Oxunub: 380
Xəbəri paylaş
Paylaş: