Vəziyyət kritikdir: Rusiyada koronavirusdan sutkada 1028 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 34 073 nəfər koronavirusa yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, ölkədə yoluxanların ümumi sayı 8 094 825 nəfərə çatıb.
Son sutka ərzində 1 028 nəfərin COVID-19-dan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 226 353 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.
Oxunub: 113
Xəbəri paylaş
Paylaş:




















