Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək
Oktyabrın 22 -də Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qrifetsonla danışıqlar aparacaq. Tərəflər Qarabağdakı vəziyyəti də müzakirə edəcəklər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"BMT xətti ilə Suriya, Əfqanıstan, Efiopiya, Ukraynaya humanitar yardımın göstərilməsi, eləcə də Qarabağdakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır", - Zaxarova əlavə edib.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: