Pakistan İŞİD-lə mübarizədə Talibana yardım edir
Pakistan Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibana İŞİD-lə mübarizədə kömək göstərir.
Bu barədə “Vaşinqton Post” Taliban nümayəndələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Pakistan terrorçularla mübarizədə kəşfiyyat məlumatlarını ötürmək və texniki dəstək vermək üçün qeyri-rəsmi kanallardan istifadə edir.
“Pakistan bizim qardaşımızdır və onlar İŞİD haqqında kəşfiyyat məlumatları paylaşmaqla bizi bir çox cəhətdən dəstəkləyirlər. Əgər ABŞ və dünyanın digər dövlətləri məlumatları bizimlə bölüşsəydilər, İŞİD-i məğlub edə bilərdik”, - Taliban rəsmisi qəzetə açıqlamasında deyib.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: