Dünyada koronavirusdan 6518 nəfər ölüb
“COVİD-19” virusuna yoluxanların sayı dünya üzrə 169, 610 minə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının bu gün saat 09:00-a olan məlumatında belə deyilir.
Məlumatda bildirilir ki, dünya üzrə koronavirus xəstəliyindən ölənlərin sayı 6518 nəfərdir. 77, 776 nəfər isə xəstəlikdən sağalıb.
O da qeyd olunur ki, epidemiya ümumilikdə 157 ölkədə yayılıb.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: