Netanyahu:
Ölkəmiz "gözəgörünməz" düşmənlə anti-terror texnologiyaları vasitəsilə mübarizə aparacaq
"İsraildə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün anti-terror texnologiyalarından istifadə ediləcək".
Bu haqda ölkənin baş naziri Benjamin Netanyahu deyib.
O bildirib ki, yaxın zamanda terrora qarşı tətbiq edilən texnoloji qurğulardan və rəqəmsal alətlərdən istifadə edəcəklər: “Ölkədə karantin tətbiq olunmasa da, bazar günlərindən etibarən ticarət mərkəzləri, otellər, restoranlar və teatrlar bağlanacaq. Zərurət olmadığı halda işçilərə işə getməmələri tövsiyə olunur. Yaşam üçün vacib olan obyektlər, o cümlədən supermarketlər, apteklər və banklar normal fəaliyyət göstərməyə davam edəcəklər. Hərbçilərə isə bir ay müddətinə olduqları yeri tərk edə bilmədiklərindən bu rejimə hazırlaşmaq əmri verilir".
Qeyd edək ki, İsraildə 200 nəfərin koronavirusa yoluxması rəsmi olaraq elan edilib.