Türk dronları Donbasdakı mövqeləri darmadağın etdi -
Rusiyadan reaksiya
Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-ları ilə işğal altındakı Donbasdakı separatçı qüvvələrin texnikalarını vurması Rusiyada gündəm olub.
Globall.az teleqraf.com-a istinadən xəbər verir ki, rusiyalı deputat Andrey Medvedyev əvvəllər PUA-lara ciddi yanaşmadıqlarını etiraf edib.
“Məni bu dronların pulemyotlarla vurula biləcəyinə və “AliExpress”dən (Çin şirkəti) alınmış ucuz materiallardan hazırlandığına inanırdıq. İndi bizi buna inandıran ekspertlərin fikri maraqlıdır”, - deputat bildirib.
Dünən axşam saatlarında Ukrayna ordusuna məxsus “Bayraktar TB2” PUA-ları Donbasın Qranitnoye kəndində separatçı qüvvələrin artilleriya batareyasını hədəfə alıb. “Bayraktar”dan atılan raket batareyanı məhv edib. Separatçılar bundan sonra mövqelərini tərk edərək qaçıblar.