Türk dronları Ukrayna səmasında:
“İntensiv uçuşlar həyata keçirir”
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Bayraktar TB2”-lərin bir çox manevr etdiyi bildirilən xəbərdə dronların döyüşə hazır olduğu deyilib.
“Türkiyə” qəzeti dronaların son günlərdə Donetks təmas xətti boyunca intensiv uçuşlar həyata keçirdiyini yazıb.
Qəzet qeyd edib ki, “TB2”-lər Liviya, Suriya və Azərbaycandakı (Qarabağ) savaşlarda çox sayda Rusiya hava müdafiə sistemlərini sıradan çıxarıb.
Ukrayna Türkiyədən 2019-cu ildə 6 ədəd “Bayraktar TB2” dronu alıb. Kiyev bu il dəniz qüvvələri üçün də əlavə dronların alıanacağını açıqlayıb.
Oxunub: 352
Xəbəri paylaş
Paylaş: