Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Ərəstun Oruclu: "Azərbaycanlıların uğur qazana bilmədiyi yeganə ölkə Azərbaycandır"
  • “Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir”
  • Hərbi ekspert: “Azərbaycanı ciddi tunel müharibələri gözləyir”

    • Tarix: 16-03-2020, 13:06

    Rusiya və Türkiyə arasındakı qarşıdurma, Suriyanın şimalında gərginliyin artması bütün ölkələr üçün dron sənayesini aktuallaşdırdı. Türkiyənin müharibə şəraitindəki silah marketinqi bir çox ölkələri düşünməyə vadar etdi.

     Bəs Azərbaycan Qarabağda dron müharibəsinə nə dərəcədə hazırdır?
     
    “Bu texnologiyanı əsasən yaralıları götürmək üçün təklif etdik. Heç kim yiyə durmadı. 2 il sonra 2017-ci ildə 5 kəşfiyyatçımızın cəsədi neytral zonada qalanda dedilər ki, belə bir şey yaradılsa, yaxşı olardı”.
     
    Bu sözləri TED.az-a müsahibəsində “Azeri Defence” hərbi texnologiyalar jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.
     
    O, Azərbaycanda tətbiqini zəruri hesab etdiyi hərbi texnologiyalardan danışarkən Türkiyəni misal göstərib. Xatırladıb ki, Türkiyənin peyk üzərindən idarəetmədə yeganə pilotsuz uçuş aparatı ANKA S-dir və Türksat 4B peyki üzərindən idarə olunur: 

    “Bunu Azərbaycanda da tətbiq etmək olar. Türksat üzərindən idarə olunsa belə, bizim üçün hansısa problem görünmür. Amma bir neçə maraqlı məqamlar var. Türkiyənin müəyyən uçuş platformalarının bəzi hissələri Amerika istehsalı olduğuna görə, onların satış və ixracında problemlər yaşanır. Məsələn, 2018-ci ildə 1 milyard dollara 33 helikopterin alınması ilə bağlı Pakistanla müqavilə bağlandı. Lakin bu günə qədər Türkiyə kontraktı həyata keçirə bilməyib. Çünki o, Amerika istehsalıdır. Türkiyə ilə Amerika arasında yaranan məlum krizə görə, Amerika Türkiyəyə onu ikinci ölkəyə satmağa icazə vermir. İş düyünə düşüb. Eyni şeyi biz də yaşadıq. T-155 Fırtına özyeriyən  sistemlərinin  alınması ilə bağlı Türkiyə ilə müqavilə bağlanıb ödəniş edildi. Amma Almaniyanın embarqosu nəticəsində həmin texnikalar gəlib bizə çatmadı. Türkiyə insansız vasitələrlə bağlı bu problemi aşıb. ANKA-nın yerli istehsal olan mühərriki yaradılıb. Artıq Türkiyə Azərbaycan da daxil olmaqla  istənilən ölkəyə texnika sata bilir”.
     
    “Düşmən üzərində qələbə qazanacağımızı görüb satdıqları sistemləri söndürərlər”
     
      O, dünyanın əksər hərbi sənaye ölkələrini narahat edən məsafədən söndürmə probleminə toxunub: “Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində Türkiyə İsraildən Heron pilotsuz uçuş aparatları aldı. Sonradan onlarda bəzi problemlər yaşandı. Türkiyə İraqın Şimalında kəşfiyyat üçün Heron qaldırdı. Heron idarəetmədən çıxaraq başqa istiqamətə getdi. Məlum oldu ki, idarəetmə İsrail ərazisindən götürülüb, İsrailin marağında olan yerin kəşfiyyatına göndərilib. İstehsalçı dövlətin sabah bu tip ağıllı, idarə olunan  sistemləri  kor etməyəcəyinə heç kim qarant vermir. Bu problem İraqla bağlı da yaşandı. Ruslar çipi ikinci dövlətdən aldıqlarına görə, Amerika müdaxilə edərək onu məsafədən söndürdü.
     
    Məsafədən söndürmə çox ciddi məsələdir. Təəssüf, biz onu ciddiyə almırıq. Acı da olsa deməliyik. Silah aldığımız ölkələr arasında  bizimlə bağlı başqa maraqları olanlar da var. Sabah düşmən üzərində qələbə qazanacağımızı gördükləri halda satdıqları sistemləri söndürərlər. Beləcə, aldığımız milyonlar bir qəpiyə də dəyməz. Bu həm tank, həm döyüş maşınları, həm də hava hücumundan müdafiə sistemlərinə aiddir. Biz də mexanika olmayan, ağıllı sistemləri tətbiq etməliyik. Çünki biz də ixracatçı dövlətik. Bunlar özünü ən çox hava hücumundan müdafiə, raket, çip tətbiq oluna bilən sistemlərdə göstərir. Bunu ya milliləşdirməlisən, ya da sabah kənardan müdaxilə olunmaması üçün satılan ölkə ilə razılığa gəlməlisən”.
     
     ““Düşmən zəifdir”, “Ermənistan acından ölür” kimi söhbətlərdən yayınaq”
     
    Azərbaycanın dron təcrübəsinə gəlincə isə Rəşad Süleymanov bildirib ki, Aprel döyüşlərində pilotsuz uçuş aparatlarından müəyyən qədər istifadə olundu: “2014-cü ildən cəbhə xəttinin müxtəlif ərazilərində pilotsuz uçuş aparatları ilə kəşfiyyatlar həyata keçirilir. Hətta aprel döyüşlərindən sonra pilotsuz uçuş aparatlarımız Xocalı aeroportundakı bazalaşdırılan helikopter və kiçik təyyarənin də görünrtüsünü əldə ediblər. Azərbaycanın istifadəsində müxtəlif tipli, ölçülü, təyinatlı pilotsuz aparatlar var. Bunlara  48 saata qədər havada qala bilən Heron, Hermes 900, 6 saata qədər havada qala bilən Orbitrlər,  24 saat qədər havada qalan Hermes 450 və s.-ni misal göstərmək olar. Kamikadze uçuş aparatlarımız mövcuddur. Onlar kiçikölçülü, yaxın məsafəli kəşfiyyatlarda istifadə olunur. Aprel döyüşlərində həm mənəvi psixoloji, həm də fiziki qələbə qazanılması Azərbaycanın dünya hərb tarixində ilk dəfə taktik səviyyəli zərbə komikadze pilotsuz uçuş aparatlarından istifadəsi nəticəsində mümkün oldu. Ermənilərdən hələ də bunun effektivliyi ilə bağlı acı xəbərlər alırıq. Azərbaycanın peyki var. Bu Peykdən həm kəşfiyyat, həm də sistemlərin idarə olunması məqsədi ilə istifadə olunur.
    Sual oluna bilər: Biz Qarabağda eyni addımı ata bilərik? Əlbəttə. Amma biz bir qədər fərqli yanaşmalı, düşməni real dəyərləndirməliyik. “Düşmən zəifdir”, “Ermənistan acından ölür” kimi söhbətlərdən yayınaq. Bu gün ermənilər kifayət qədər güclü hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrə malikdirlər. Rusiyadan alınan son model Replend və Avtovaza radioelektron mübarizə vasitələri Dağlıq Qarabağ ərazisində yerləşdirilib. Onlar bəlli bir dərinlikdə və təmas xəttində radioelektron maneələr yaratmaqla GPS siqnallarını pozur, pilotsuz uçuş vasitələrinin yerdən qalxmasına mane olur. Ermənilərin əlində digər modernləşdirilmiş radioelektron mübarizə sistemləri də var. Düşmən onları aprel döyüşlərindən sonra cəbhənin müxtəlif ərazilərinə çıxarmaqla Azərbaycanın ehtimal olunan bu tip hücumlarına qarşı tədbirlər görməyə çalışır. Təbii, bu radioelektron mübarizə çəpərlərini aşmaq da mümkündür. Dünyada mümkün olmayan nə isə yoxdur. Radioelektron mübarizə mühitində ən böyük əziyyəti rabitə və pilotsuz uçuş aparatları çəkir. Çünki GPS yoxdur və ya idarəetmə siqnalları ələ keçirilibsə, bu aparatlar qalxa bilmir. Qalxdığı zaman da düşmən onları yönəldərək özümüzə qarşı istifadə edir və ya endirir”.
     
     Onun sözlərin görə, Azərbaycan bu problemləri artıq kiçik dronlar çapında hiss etməyə başlayıb: “Bu gün onları Türkiyədəki kimi istifadə edə bilərik. Çünki Türkiyənin pilotsuz uçuş aparatlarının üzərindəki silah sistemlərinə, onların texniki parametrlərinə baxdıqda kifayət qədər ciddi olduqlarını görərik. Onlar orta səviyyədə uçur, 10 km-ə qədər məsafədə hədəfləri dəqiqliklə vura bilirlər. Bu isə hədəfi müdafiə zolağına girmədən vurmağımıza imkan verir. Pilotsuz uçuş aparatları özləri də elektron kəşfiyyat və radioelektron mübarizə cihazları ilə təmin olunub. Bu, düşmənin radioelektron mübarizə sistemlərinin söndürülməsi, radarlarının qarışdırılması və digər funksiyaları həyata keçirir. Türkiyə bundan istifadə edir”.
     “Nə vaxt hansısa hərbi qurum dronlara baxmaq üçün nümayəndə heyəti göndərəcək?”
     
     “Məsafədən söndürülmə problemini nəzərə alsaq, Azərbaycanın dron sənayesini necə qiyətləndirərsiniz?” - sualını isə Rəşad bəy belə cavablayıb: “Bu gün Azərbaycanda da özəl şirkətlər müxtəlif pilotsuz uçuş aparatları istehsal edirlər. Azertech şirkətinin adını çəkmək olar. O, süni zəkaya əsaslanan və sifət alqoritmləri ilə işləyən vasitələrin istehsalı ilə məşğuldur. İstehsal etdiyi pilotsuz uçuş aparatları, kiçikçaplı kamikadzelər radioelektron mübarizə mühitində uçuş imkanlarına malikdir. 5-6 ay ərzində artıq Azərbaycan da sürü dron texnologiyasına sahib olacaq. Hazırda ölkəmizdə 8 şirkət dron istehsalı ilə məşğuldur. Onlar arasında özəl sektor üstünlük təşkil edir. Ən önəmli hissə dronun proqram təminatıdır. Onu yaratmaq lazımdır. Əks halda düşmən dronu endirə bilər. İdarəetmənin milliləşdirilməsi düşmənin onu ələ keçirmə ehtimalını minimuma endirir.
    Amma bir məsələ də var. Bu şirkətlər zəhmət çəkib yaradırlar. Yaradılan məhsullara hərbi qurumlar nə dərəcədə maraq göstərirlər? Baxın, problem bundadır. Dronlar dünyada kənd təsərrüfatından tutmuş hərbiyə qədər demək olar, hər sahədə yer alır. Nə vaxt hansısa hərbi qurum dronlara baxmaq üçün bir nümayəndə heyəti göndərəcək? Qəti maraqlanmırlar. Xarici istehsal dronu qaldıran kimi erməni GPS-I vurur, uçmağı ilə yerə enməyi bir olur. Gedib xaricdən alana qədər buna maraq göstərsinər. Yerli istehsalın üstünlüyü çoxdur. Proqram təminatının inkişaf etdirilməsi, qırılanda təmiri məsələlərini də nəzərə alaq. Bir ay sonra yeni üztanıma sistemi çıxırsa, onu yeniləmək lazımdır. Xaricdəki müəyyən şirkətlər, işbazlar gözlərini o qədər tutub ki, yeniliyə “heç nə yarada bilmərik” düşüncəsi ilə yanaşırlar. Ermənistan isə artıq öz dronlarından istifadə edir. Bilir ki, onu xaricdən alsa, idarəetməsini asanlıqla ələ keçirə biləcəklər. Ermənistanda 15-20 şirkət məhz orduya dron istehsalı ilə məşğuldur. Artıq dron istehsalı ilə yanaşı, antidron sənayesinin yaradılması da qarşımıza şərt kimi qoyulub. Erməni general bu yaxınlarda açıqlama verdi ki, Azərbaycanın neft-qaz infrasturukturunu və yaxın hədəflərini kamikadze dronlarla vura bilərik. Bu nə deməkdir? Biz dron təhdidlərini ciddi qəbul etməliyik. Yalnız dron istehsalını deyil, onunla mübarizəni də inkişaf etdirməliyik. Bu vasitələri ya yaxın müttəfiqindən almalı, ya da milliləşdirməlisən. Türkiyə artıq bunları özü yaradıb. “Gözüçıxmış qardaşdan öyrənmək lazımdır””.
     
    “Azərbaycanı ciddi tunel müharibələri gözləyir”
     
      Ekspertin fikrincə, yalnız dronlar deyil, ölkəmizi Qarabağda ciddi tunel müharibələri gözləyir: “Tunel müharibələri dünyanın ən qədim müharibə metodudur, 4 min ilə yaxın yaşı var. Türkiyə Afrin əməliyyatlarnda PKK-nın yüzlərlə tunelini məhv etdi.
     Mən qarabağlıyam, uşaqkən çox şey görmüşəm. Qarabağda çoxlu tunellər var. Ermənilər evlərini bir-biriləri ilə tunellərlə əlaqələndiriblər. Məsələn, Ağdərədə döyüşən zabitin dediklərinə görə, oturduqları yerdə ermənilər təndirin içərisindən çıxıb, əsgərlərə qumbara atıb, təndirin içərisinə girib və yox olublar. Bulutan kəndində döyüşən bir hərbçi deyir ki, divar açıb, xalçanın arxasında divara giriş olduğunu görüblər. Mina təhlükəsini nəzərə alaraq içəri daxil ola bilməyiblər. Bu tunellər Amerika ordusunu belə narahat edir. Amerikanın DARPA agentliyi yeraltı müharibə qrupları yaradır. Yerin altında müharibə aparmaq olduqca çətindir. Burada müəyyən texnologiyalardan istifadə olunur. Buna görə də tunellərin kəşfyyatını aparan mini və mikro robotların istehsalı gündəmdədir. Azərbaycan üçün əsas məsələlərdən biri də yeraltı müharibə texnologiyalarının öyrənilib tətbiq olunmasıdır. Tunellərə göndərilmək üçün üzərinə qumbara qoyulub birdəfəlik istifadə olunan kamikadze dronlar, yeraltı, hava texnologiyaları və s. diqqət edilməlidir. Bunarı indidən düşünməliyik. Sabah Ağdərəyə gedəndə iş işdən keçəndən sonra bu texnikaları sifariş verib, 1 ildən sonra almamalıyıq. İtkləri minimum endirmək üçün pilotsuz texnologiyaların alınması, eləcə də yerli istehsalın tətbiqi olduqca vacibdir. Dünya bu istiqamətə gedir, biz qaça bilmərik”.
     
    “Orduda elmi şura və ya texnoloji bir qurum yaradılmalı, bu tip yeniliklərə baxmalıdır”
     
    Rəşad Süleymanov silah sənayesinin sürətlə inkişaf ediyini qeyd edib: “Silahlar çox sürətlə generasiya edib. Əvvəl döyüş meydanında 1 metr qılınc məsafəsi vardı. Sonra odlu silah bu məsafəni böyütdü. İndi snayper tüfəngi ilə 2 min metrə qədər məsafədən vurmaq olur. Raketlər o səviyyəyə çatıb ki, tankın atış məsafəsinə girmədən 7-8 kilometrdən onu vurmaq mümkündür. Beləcə, tank cəbhədən 8 km geri çəkilməyə məcburdur. Hər şey inkişaf edir. Dəyişməyən yalnız insan orqanizmidir. O, daşla da ölə bilər, oxla da, güllə ilə də… Bu, insansız texnologiyaların önəmini artırır. Artıq pilotsuz vasitələrin kompleks tətbiqinə baxmalıyıq. Robotun üzərinə partayıcı qoyub düşmən tankının üzərinə göndərmək mümkündür. Axı, bunları niyə yaratmayaq? Azərbaycan ordusu mütərəqqi ideyalara açıq olmalıdır.
     
    Məsələn, bu yaxınlarda tələbələrin iştirakı ilə bir proyekt hazırladıq. Bir neçə quruma onu qrant olaraq maliyyələşdirməyi təklif etdik. Bu platforma yaralının döyüş meydanından çıxarılması, meyidin götürülməsi, robot üzərinə istənilən hədəf cihazının qoyulması üçün istifadə oluna bilərdi. Universal platforma idi. Biz isə onu əsasən yaralıları götürmək üçün təklif etdik. Heç kim yiyə durmadı. 2 il sonra 2017-ci ildə 5 kəşfiyyatçımızın cəsədi neytral zonada qalanda dedilər ki, belə bir şey yaradılsa, yaxşı olardı. Biz bu ideyanı verəndə o, heç Türkiyədə də yox idi. Amma sonradan türklər özəri belə bir sistem yaratdılar. Ordu mütərəqqi fikirləri dəstəkləməlidir. Orduda elmi şura və ya texnoloji bir qurum yaradılmalı, bu tip yeniliklərə baxmalıdır”.
     
    Lamiyə SÜLEYMANLI

    Oxunub: 709
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.