“Tüpürüm bu sanksiyalara...” –
Putin Rusiyanın neçə milyard dollar itirdiyini açıqladı
Rusiya sanksiyalar üzündən 50 milyard dollar itirib, lakin idxalı əvəz etməklə, bu məbləği kompensasiya edə bilib.
Avropa.info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
“Tüpürüm bu sanksiyalara, Rusiya 50 milyard dollar itirdi, o qədər də qazandı” – Putin jurnalist Andrey Vandenkonun sualına cavabında deyib.
Qeyd edək ki, Rusiya Krımı ilhaqına görə 2014-cü ildən bəri ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Qərbin sanksiyalarına cavab olaraq Rusiya bu ölkələrdən ərzaq mallarının idxalını dayandırmışdı.
Oxunub: 382
Xəbəri paylaş
Paylaş: