Rusiyada istefada olan general-mayor özünü güllələdi

Moskva vilayətində Hava Desant Qüvvələrinin istefada olan general-mayoru Anatoli Belyanin intihar edib. Bu barədə REN TV kanalı xəbər verir. Mərhumun meyiti onun İvanteevkadakı mənzilində tapılıb.
“112” Telegram kanalının yaydığı məlumata görə, Hava Desant Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini şəxsi tapançası ilə özünü güllələyib.

90-cı illərdə general-mayorun adı “Moskovski komsomolets” qəzetinin jurnalisti Dmitri Xolodovun böyük rezonansa səbəb olan qətl işində şahid qismində çəkilirdi.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı yoxlama aparır, hadisənin bütün təfərrüatlarını aydınlaşdırır.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: