KREMLİN “BAYRAKTAR” QORXUSU -
Ukrayna Türkiyədən daha dörd dron kompleksi alacaq
Ukrayna silahlı qüvvələri 26 oktyabrda Donbasdakı döyüş zonasında Türkiyənin “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatından ilk dəfə istifadə edib.
Ukrayna hərbçilərinin məlumatına görə, ”Bayraktar TB2”-dən Donetsk vilayətinin Qranitnoye qəsəbəsi yaxınlığından atəş açan separatçıların artilleriya qurğularına zərbə endirilib.
Ukrayna silahlı qüvvələrinin Baş Qərargahından bildirilir ki, Ukrayna hərbçilərinin Qranitnoye rayonundakı mövqelərinə “D-30” haubitsalarından atəş açılıb. Nəticədə iki hərbçi yaralanıb, bir nəfər isə həlak olub.
”Bayraktar TB2”-nin zərbələri nəticəsində haubitsalar məhv edilib. Ancaq Ukraynanın döyüş dronu tərəflər arasındakı təmas xəttni keçməyib.
“Bayraktar TB2” dronu Donbasdakı döyüş zonasında hələ 2021-ci ilin sentyabrında görünüb. Ukrayna hələ 2018-ci ilin noyabrında Türkiyədən 69 milyon dollar dəyərində yüksək dəqiqli “MAM-L” aviabombaları ilə təchiz olunmuş “Bayraktar TB2” PUA-ları alıb.
Bu müqaviləyə altı döyüş dronu, iki idarəetmə stansiyası və 200 idarəolunan raket daxil edilib.