ABŞ-da ekzotik-erotik “Hallowen” şənliyi qanlı bitdi:
İki ölü, beş yaralı
ABŞ-ın Kaliforniya ştatında “Hallowen” şənliyində atışma baş verib.
Hadisə ştatın Sakramento şəhərində baş verib.
Dairənin polis idarəsindən verilən açıqlamaya görə, polis əməkdaşları üç nəfəri yaralı halda aşkarlayıblar, daha iki nəfər isə artıq ölmüş olub. Ardınca daha iki nəfərin yaralı olduğu üzə çıxıb.
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmasa da, bildirilib ki, sözügedən məkanda ekzotik-erotik “Hallowen” şənliyi keçirilirmiş.
Polis idarəsinin yaxınlığında baş vermiş hadisədə hansı tip silahın tətbiq olunduğu hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hücumu törədən şəxsi axtarır./RİA
Oxunub: 227
Xəbəri paylaş
Paylaş: