"Kiberhücumun arxasında ABŞ və İsrail dayanır"- “Tasnim”
İranın mülki müdafiə rəisi Qulamrza Cəlali ölkədəki bütün yanacaqdoldurma məntəqələrinin fəaliyyətini pozan kiberhücumun arxasında böyük ehtimalla İsrail və Amerika Birləşmiş Ştatlarının olduğunu bildirib.
Bu barədə “Tasnim” xəbər verir.
Eyni zamanda, Cəlali qeyd edib ki, istintaq hələ yekunlaşmayıb. O bildirib ki, cinayəti törədənləri hələlik hüquqi müstəvidə elan etmək mümkün deyil. “Ancaq analitik baxımdan hücumu İsrail və ABŞ həyata keçirib”, - o əlavə edib.
Qeyd edək ki, oktyabrın 26-da bütün İranda yanacaq subsidiyalarını tənzimləyən sistemi zədələyən ciddi nasazlıq olub.
Nəticədə benzin və digər yanacaqların satışı dayandırılıb. İran rəsmilərinin sözlərinə görə, hər şey kiberhücum nəticəsində baş verib.
Oxunub: 137
Xəbəri paylaş
Paylaş: