Qara və Aralıq dənizlərində ABŞ-ın əməliyyatları baylayır -
HDQ bəyan edib
ABŞ hərbi-dəniz qüvvələri (HDQ) altıncı donanmasının və NATO hərbi-dəniz zərbə qüvvələri və dəstək qüvvələrinin qərargahları Aralıq və Qara dənizlərdə əməliyyatlara başlayır.
Bu barədə ABŞ HDQ-nin bəyanatında deyilir.
Qeyd edilir ki, qərargahlar 6-cı donanmanın «Mount Whitney» esminesində yerləşəcək. «Mount Whitney və qərargahlar orada həmkarlarla və NATO üzrə müttəfiqlərlə birlikdə Aralıq və Qara dənizlərdə qarşılıqlı fəaliyyət göstərərək, bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması üçün birlikdə işləyəcəklər» - relizdə belə deyilir.
Qarşıdan gələn əməliyyatların digər təfərrüatları barədə heç nə deyilmir.
ABŞ altıncı donanmasının mənzil-qərargahı İtaliyanın Neapol şəhərində yerləşir və hərbi-dəniz əməliyyatlarının tam sektrini həyata keçrir - tez-tez müttəfiqlərlə və digər dövlət idarələrindən olan həmkarlarla birgə.