"Dünyanın iqlim problemləri yadplanetlilərin hücumlarından qat-qat dəhşətlidir…"
ABŞ-a yadplanetlilərin hipotetik hücumu baş verərsə, Rusiya və Çin çətin ki, Amerikanın
köməyinə gələ. Ancaq bu gün dünyada daha dəhşətli problemlər var, məsələn, iqlim dəyişikliyi, çünki kosmosdakı yadplanetlilərdən fərqli olaraq, təbiətlə razılığa gəlmək alınmayacaq - onu
Rusiya, Ameria və ya Çinin sərhədlərinin haradan başlayıb və harada bitməsi heç narahat etmir.
Bu barədə “The New York Times” qəzetində dərc olunmuş məqalədə bildirilir.
Nəşr xatırladır ki, 1985-ci ildə ABŞ prezidenti Ronald Reyqan Mixail Qorbaçovdan soruşur:
“ABŞ-a qəfil kosmosdan hücum edilsə, nə edərdiniz? Köməyimizə gələrdinizmi?”
Qorbaçov müsbət cavab vermiş və onun amerikalı həmkarı da eyni cavabı söyləmişdi.
Lakin bu gün zəmanəmizin böyük dövlətləri arasında son rəqabəti nəzərə alsaq, yadplanetlilər
qəfil kosmosdan hücum edərsə, Rusiya, Çin və ya Amerikanın bir-birinə kömək edəcəyi heç də
açıq-aşkar görünmür.
Nəşr davam edir ki, Vilson Mərkəzinin silahlara nəzarət üzrə eksperti Rob Litvak bu hekayəni
danışmaqla diqqəti bütün dünyanı narahat edən başqa bir təhlükəyə - iqlim dəyişikliyinə
yönəltməyə çalışıb.
Qlobal istiləşmə bütün ölkələrə kəskin hava şəraiti, meşə yanğınları və dəniz səviyyəsinin
qalxması vəd edir. Ancaq kosmosdakı yadplanetlilərdən fərqli olaraq, təbiətlə razılığa gəlmək
alınmayacaq - onu Rusiya, Amerika və ya Çin sərhədlərinin harada başlayıb, harada bitməsi
heç narahat emir.
Lakin prezident Bayden və digər dünya liderlərindən fərqli olaraq, nə Çin prezidenti Si Tszinpin,
nə də Rusiya prezidenti Vladimir Putin bazar günü Qlazqoda açılan İqlim Sammitinə qatılmayıblar.
“Nəzarət oluna bilməyən iqlim dəyişikliyinin qarşısını almaq üçün bütün bəşəriyyətə
pəncərə bağlanır. Çin, ABŞ və Rusiya dünya üzrə karbon tullantılarının uyğun olaraq
birinci, ikinci və dördüncü mənbələridir.
Amma fəlakətin qarşısını almaq üçün görünməmiş qlobal əməkdaşlığa ehtiyac duyulduğu
tarixi bir məqamda dünya cilovsuz geostrateji rəqabətin son həddindədir”, - deyə
Rob Litvak qeyd edib.
Müəllifin gəldiyi nəticəyə görə, silahlanma və ya kosmos yarışı əvəzinə dünyayaya böyük güclər
arasında Yer kürəsi uğrunda yarış lazımdır - hansı ölkə bütün bəşəriyyətin firavanlığı üçün tez bir
zamanda sıfır karbon tullantları ilə davamlı dünya yaradacaq.
Buna görə də ABŞ müqavimət göstərmək əvəzinə Çin və Rusiyaya ekoloji dayanıqlıq alətləri
yaratmaqda meydan oxumalı, dünya arenasında mənəvi liderliyi bərpa etməli, özünün və
rəqiblərinin iqtisadiyyatını ən mühüm gələcək sənayelərə yönləndirməlidir.
“Əgər biz, bəşəriyyət, uğursuz bioloji təcrübəyə çevrilmək istəmiriksə, sıfır karbon
tullantılı elektrik enerjisi, nəqliyyat və binalar, eləcə də tullantısız istehsalat növbəti dünya sənayesi olmalıdır və şübhəsiz ki, olacaq”, - deyə müəllif fikrini yekunlaşdırır.
Miraslan