"Azərbaycanda COVID-19 üçün ayırılan çarpayılarının sayı 50 minə çatıb"- Teymur Musayev
"Ölkəmiz lazımi miqdarda vaksin alır".
Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, yanvarın 18-dən etibarən vaksinasiya davam edir: "Ölkə vətəndaşlarının 60 faizi iki doza peyvəndlənib.
Altı ay keçəndən sonra üçüncü dozanı vurdura bilərlər. Bizim statistik göstəricilər şəffafdır. Dünya ölkələrinə vaksinlərin paylanmasi ilə bağlı qlobal siyasət qəbul edilməlidir".
O bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: "COVID-19 üçün ayırılan çarpayılarının sayı 50 minə çatıb. Suni nəfəs aparatlari gətirilib"./report
Oxunub: 156
Xəbəri paylaş
Paylaş:





















