İmralıdan xəbər var -
Öcalan yeni planını açıqladı
Türkiyə mediası xəbər verir ki, görüşdə İmralı həbsxanasında olan PKK liderinin PYD və bölgədəki digər silahlı kürd qruplaşmalarına verdiyi tapşırıqlar ətrafında müzakirə aparılıb.
Məlumatda Məhəmməd Öcalanın terrorçu qardaşının kürd terror qruplaşmalarına verdiyi mesajları çatdırdığı bildirilib.
Görüşdə son zamanlarda Abdullah Öcalanın səhhətində yaranan problemlərə də toxunulub.
Görüşdən sonra açıqlama verən Bəkir Həcc İsa bildirib: “Liderimiz Abdullah Öcalanın mesajı çətin bir vaxtda gəldi və hədəfləri çoxdur”.
O, Abdullah Öcalanın Suriya kürdlərinə Türkiyənin də daxil olduğu son proseslərə münasibətdə neytral mövqedə dayanmasını tövsiyə etdiyini deyib.
PKK lideri Suriya Demokratik Qüvvələrini dəstəklədiyi üçün ABŞ və bir sıra ərəb ölkələrinə öz təşəkkürünü də çatdırıb.