Pakistanda koronavirusdan ilk ölüm faktı qeydə alındı
Globall.az teleqraf.com-a istinadla xəbər verir ki, Pəncabın Səhiyyə naziri Yasmin Rəşid keçirdiyi mətbuat konfransında İrandan ölkədən gələn bir xəstənin xəstəxanaya çatdırılarkən kritik vəziyyətdə olduğunu deyib.
Rəşid, həmçinin Pəncabda koronavirus xəstələrinin sayının 6-ya yüksəldiyini bildirib.
Nazir vətəndaşlara virusun yayılmasının qarşısını almaq üçün lazımsız səfərlərdən çəkinməyi və evdə qalmağı məsləhət görüb. O, həkimləri də diqqətli olmağa çağırıb.
Qeyd edək ki, bu günə qədər Pakistanda ümumilikdə COVID-19 virusuna yoluxmuş 195 nəfər qeydə alınıb.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: