Məhkəmə 50 milyard dollarlıq təzminatı ləğv etdi -
“YuKOS”-la bağlı qərar
Hollandiya Ali Məhkəməsi Rusiyanın "YuKOS"neft şirkətinin keçmiş səhmdarlarına 50 milyard dollar təzminat ödəməsi qərarını ləğv edib. Bu barədə qərar noyabrın 5-də çıxarılıb.
Bir vaxtlar Rusiyanın ən böyük neft şirkəti olan "YuKOS" 2006-cı ildə onun təsisçisi Mixail Xodorkovski mənimsəmə və vergidən yayınma cinayətində ittiham olunandan sonra müflis olub.
"YuKOS"-un aktivlərinin böyük hissəsi dövlətə məxsus "Rosneft" şirkətinə gedib. Şirkətin keçmiş səhmdarları vəsaitləri geri almaq üçün Haaqadakı beynəlxalq arbitraj məhkəməsi olan Daimi Arbitraj Məhkəməsinə müraciət ediblər.
2014-cü ildə Haaqa arbitrajı Moskvanı səhmdarlara rekord məbləğdə 50 milyard dollar ödəmək barədə qərar çıxarıb. Bundan başqa məhkəmə Rusiya dövlətini "YuKOS"-un iflasına səbəb olan hərəkətlərə görə beynəlxalq öhdəlikləri pozmaqda günahkar sayıb.
Moskva 7 il müddətində Hollandiyanın müxtəlif məhkəmə instansiyalarında hökmə etiraz edib. Ali Məhkəmənin qərarında aşağı instansiya məhkəməsinin qərarının ləğvi, prosessual məsələlərlə izah edilib.
Moskva ilk gündən açıq şəkildə bildirib ki, heç bir məhkəmə qərarına görə pul ödəməyi planlaşdırmır.
2020-ci ilin dekabrında Rusiyanın Konstitusiya Məhkəməsi faktiki olaraq ölkənin bu pulu ödəməli olmadığına dair qərar verib./azadliq.org