Türkiyədə uzaq mənzilli yeni raket SINAĞI
Türkiyədə "Siper" adlı yeni hava hücumundan müdafiə sisteminin atış sınağı keçirilib.
Bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.
Raketin sınağının uğurla başa çatdığı bildirilir. Uzaq mənzilli hava hücumundan müdafiə sistemlərində istifadə ediləcək raket ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.
Dəmir sistemin 2023-cü ildə silahlanmaya qəbul ediləcəyini qeyd edib.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: