Kristian Lindmayer:
"ÜST-nin əməkdaşları koronavirusa yoluxub"
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.
“Reuters” xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib.
“Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. İki əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, – o deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb/report.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: