Çin ordusu ABŞ aviadaşıyıcısının maketinə raket zərbələri endirir - ...zərərsizləşdirmək üçün

Çin ordusu Sincan səhrasında Amerika təyyarədaşıyan gəmisinin maketlərinə raket zərbələri endirir və bu,
Pekinin Vaşinqtonun əsas kozırını zərərsizləşdirməyə çalışdığını göstərir. Eyni zamanda, agentliyin qeyd etdiyi
kimi, Çinin bu atışmaları gizlətməyə belə cəhd etməməsi o deməkdir ki, Pekin bu yolla Vaşinqtona
“birmənalı siqnal” göndərmək istəyir. bu barədə “Bloomberg” xəbər verir.
Peyk görüntüləri Sincandakı Təklə-Məkan səhrasının sınaq poliqonunda yerləşən hədəflərin təyyarədaşıyan
gəmiyə və “Arleigh Burke” tiplı iki esminesə bənzədiyini göstərir. Hər iki növ gəmi Tayvan ətrafındakı ərazi də daxil olmaqla,
Sakit okeanın qərbində patrulluq edən ABŞ-ın Yeddinci donanmasının bir hissəsidir.
Şəkillər oktyabr ayında 80-dən çox peykdən ibarət orbital qruplara malik olan “Maxar Technologies” tərəfindən çəkilib.
Bundan əlavə, poliqonda relslərə quraşdırılmış uzunluğu təxminən 75 m olan iki düzbucaqlı hədəf də var.
Bu arada Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bu peyk görüntüləri haqqında heç nə bilmədiyini
bəyan edib.
Peyklərdən bu yer əla görüntülərlə təmin edilir - bu, Pekinin Vaşinqtona öz raket imkanlarını nümayiş etdirməyə
çalışdığını göstərə bilər. Xüsusən də ötən ilin avqustunda Çin ordusu bəzən “təyyarədaşıyan qatil” adlandırılan “DF-21D”
raketini Cənubi Çin dənizində sınaqdan keçirdikdən sonra. Daha sonra ABŞ-ın Hind-Sakit okean komandanlığının keçmiş
rəhbəri admiral Fil Devidson bildirib ki, Pekinin belə bir addımı “birmənalı siqnal” kimi şərh edilməlidir.
“DF-21D” raketi Çinin potensial düşmənlərin qarşısını almaq strategiyasında mühüm rol oynayır, çünki o, nəzəri cəhətdən
ABŞ-ın regional gücünü dəstəkləyən vasitələri, yəni daşıyıcı döyüş qruplarını məhv edə bilər. Eyni zamanda hələ 2011-ci ildə
Dəniz Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Cek Dorsett bildirmişdi ki, Pentaqon Çinin “DF-21D”-ni yaratma sürətini
lazımi səviyyədə qiymətləndirməyib.
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: